"Qarabağ"ın rəqibi autsayderlə bacarmadı – Portuqaliyadan VİDEO

1 Fevral 2024 09:20 Hadisə 841
"Qarabağ"ın rəqibi autsayderlə bacarmadı – Portuqaliyadan VİDEO

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" Portuqaliya çempionatında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Artur Jorjenin baş məşqçisi olduğu komanda XIX turda autsayderlər qrupunda yer alan "Çaves"i qəbul edib.

Qarşılaşma heç-heçə yekunlaşıb - 1:1. Meydan sahiblərinin heyətində 52-ci dəqiqədə Rodriqo Salasar, qonaqlarda isə bundan 10 dəqiqə sonra Steven Vitoria fərqlənib.

"Braqa" 19 oyundan sonra 37 xalla dördüncüdür. "Çaves" isə 13 xalla 17-18-ci yerləri bölüşdürür.

“Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə 22-də evdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"