DƏHŞƏTLİ OLAY: Yük maşını evin üstünə düşdü - VİDEO

31 Yanvar 2024 21:10 Hadisə 630
DƏHŞƏTLİ OLAY: Yük maşını evin üstünə düşdü - VİDEO

Bakıda mişar daşı ilə yüklü avtomobil təxminən 5-6 metr hündürlükdən evin həyətinə aşıb.

Hadisə səhər satlarında paytaxtın Xətai rayonunda baş verib.

Zeytun küçəsi ev 97-də yaşayan Ülkən İmanova deyib ki, hadisə baş verən vaxt xoşbəxtlikdən evin içində olublar. Əgər həyətdə həmin vaxt kimsə olsaydı, ağır xəsarət almaq qaçılmaz olardı.

Sürücünü səsə çıxan qonşular bir neçə dəfə yuvarlanan avtomobildən çıxarıblar. Məlumata görə, o, başından və üzündən xəsarət alıb. Hadisə yerinə Xətai Rayon İcra Hakimiyyəti və polis əməkdaşları baxış keçiriblər. Ev sahibi Ülkən İmanova bildirib ki, hadisə zamanı onlara xeyli ziyan dəyib.

Qeyd edək ki, faktla bağlı Xətai rayon polis idarəsində araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti