"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Braqa" (Portuqaliya) futbolçusu Andre Lakximikant ilə yollarını ayırır.
Sportinfo.az xəbər verir ki, 22 yaşlı vinger “Kasa Pia”ya keçəcək.
Tərəflər artıq onun keçidi ilə bağlı razılığa gəliblər.
“Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə 22-də evdə keçirəcək.

