Yeni namizədlərin hazırlığına başladı

30 Yanvar 2024 01:50 Hadisə 429
Yeni namizədlərin hazırlığına başladı

AFFA Hakimlər Komitəsi yeni namizədlərin hazırlığına başlayıb.

Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, hakim və köməkçi hakim olmaq istəyən şəxslər üçün bir həftəlik kurs keçirilib.

UEFA-nın başlatdığı “Be a Referee” (“Hakim ol”) kampaniyasından yararlanan şəxslər fərdi müsahibəyə dəvət olunublar.

İlkin mərhələni uğurla keçən namizədlər daha sonra nəzəri hazırlıq, meydança çalımaları ilə kursu başa vurublar.

Türkiyəli ekspert Hamza Işın tərəfindən təşkil olunan kursa qadın namizədlərin də marağı yüksək olub.

Kursu uğurla tamamlayan şəxslər sabiq FIFA referiləri Ömər Paşayev və Rəhim Həsənovun verdiyi müxtəlif nəzəri təlimlər və fəaliyyətlərlə təhsillərini davam etdirirlər.

Sonrakı mərhələdə oyun qaydaları imtahanını və fiziki testləri uğurla verəcək namizədlər aşağı kateqoriyalı oyunlardan başlayaraq hakimliyə ilk addımlarını atacaqlar.

Hakim olmaq istəyən şəxslər https://www.affa.az/index.php/news/hakim-olmaq-istynlrin-nzrin/64380 vasitəsilə müraciət edə bilərlər.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 20:00 Çək və bizə göndər!
21 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:30 Həsrət DÇ-nin finalında!
21 Sentyabr 02:30 “Dinamo” kimi gözləyir?
21 Sentyabr 02:10 “Buna inanmaq lazımdır”