Ruslan Abışov: “Mən bura öyrənmək üçün gəlmişəm” - FOTO

30 Yanvar 2024 01:00 Hadisə 763
Ruslan Abışov: “Mən bura öyrənmək üçün gəlmişəm” - FOTO

Azərbaycan millisinin sabiq müdafiəçisi Ruslan Abışov Rusiyanın “Dinamo” klubunun (Mahaçqala) düşərgəsinə yollanıb.

Sportinfo.az xəbər verir ki, o, Türkiyədə toplanışda olan komandanı ziyarət edib və Mahaçqala təmsilçisinin baş məşqçisi Kurban Berdıyevlə görüşüb.

Sabiq futbolçu bu haqda sosial şəbəkə hesabında da yazıb:

"Futbolçu karyeranda Kurban Berdıyev kimi məşqçin olubsa, deməli, bir addım öndəsən. Mən bura öyrənmək üçün gəlmişəm”.

Ruslan Abışov 2013-cü ilin fevralından 2014-cü ilin yayına qədər Qurban Berdıyevin çalışdırdığı “Rubin”də çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"