Rusiyalı baş məşqçi azərbaycanlı tanışını öz klubuna apardı: "Maraqlandı ki..."

29 Yanvar 2024 16:00 Hadisə 2 256
Rusiyalı baş məşqçi azərbaycanlı tanışını öz klubuna apardı: "Maraqlandı ki..."

Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov Türkiyəyə yollanıb. Ötən ilin yayında karyerasını bitirən keçmiş müdafiəçi “Dinamo”da (Mahaçqala) təcrübə keçir.

Bu barədə Sportinfo.az-a onun qardaşı Sərxan İbrahimoğlu məlumat verib.

O bildirib ki, Ruslan Abışov “Dinamo”nun baş məşqçisi Kurban Berdıyevin yanında məşqçiliyin sirlərini öyrənir. I Liqa komandası hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır.

O, yaya qədər Berdıyevin yanında olacaq. Ruslan Abışov 2013-cü ilin fevralından 2014-cü ilin yayına qədər Rusiyada “Rubin”in formasını geyinib.

Həmin vaxt Kazan təmsilçisinə məhz Kurban Berdıyev rəhbərlik edib:

“Ruslanın onunla əlaqəsi ovaxtdan qalmaqdadır. Berdıyev bilirdi ki, qardaşım futbolçu karyerasını başa vurub.

Özü dəfələrlə maraqlandı ki, indi fikrin nədir, nə iş görmək istəyirsən. Ruslanla bir neçə dəfə belə söhbət eləyib.

Axırda qərara aldıq ki, Ruslan ora getsin. Qardaşım fevralın sonunadək “Dinamo“da təcrübə keçəcək.

Daha sonra Azərbaycana qayıdacaq və bir müddət burada qalıb, yenə geri dönəcək.

Berdıyev istəyir ki, Ruslan məşqlərdə iştirak etsin, təcrübə keçsin. Yayadək, yəni, mövsümün axırınadək Ruslan “Dinamo“da praktika toplayacaq“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti