Hazırda müharibə vəziyyətində olmasına baxmayaraq, Fələstin millisi Asiya Kubokunda tarix yazıb.
Sportinfo.az xəbər verir ki, "Neftçi"nin legioneri Ataa Caberin formasını geyindiyi komanda Oday Dabbağ (2) və Zaid Qunbarın qolları ilə Honq Konq üzərində 3:0 hesablı qələbə qazanıb.
Bu Fələstin millsinin turnir tarixində ilk qələbəsi olub və 1/8 finala yüksəliblər.
Makram Daboubun rəhbərlik etdiyi kolletiv 2023-cü ilin martından bəri heç bir rəsmi oyunda qalib gəlməmişdi. Bu qələbədən sonra Fələstin dörd xalla turnirin ən yaxşı qrup üçüncülərindən biri olub.
Fələstinlilər 2015-ci ildə qrupda keçirdiyi hər üç oyunda uduzmuşdu. 2019-cu ildə isə heç-heçə etmişdilər. Bu turnirə qədər onlar cəmi bir qol vurmuşdular.

