“Miatsum” ideyası və mifik “artsax” həmişəlik tarixin zibilliyinə gömülsə də, qaçıb canını güclə qurtaran və Ermənistana sığınan cinayətkar separatçı-revanşist qalıqları sırtıqcasına hələ də “bəlkə də qaytardılar” xülyası ilə yaşayırlar.
Azərbaycana qarşı min cür hoqqadan çıxmağa çalışırlar.
Bu da, əlbəttə, ilk növbədə Fransa başda olmaqla, xaricdəki avantürist hamilərin davam edən boş vədləri ilə birbaşa bağlıdır.
Bu arada separatçılar Bakıya qarşı yeni qurum yaratmaq sevdasına düşüblər.
“Kollektiv repatriasiya və "artsax" xalqının digər hüquqlarının müdafiəsi məqsədilə yaradılan komitə ən əvvəl beynəlxalq platformalarda işləyəcək. Komitə “artsax”ın dövlət qurumları ilə fəal əməkdaşlıq edəcək".
Özünü hələ də xəyali “artsax”ın “ombudsman”ı sayan Qeqam Stepanyan yerli mediaya açıqlamasında belə deyib.
“Komitənin tərkibi daha sonra açıqlanacaq, amma söyləyə bilərəm ki, onun tərkibinə "artsax", Ermənistan və diaspor nümayəndələri daxil olacaq. Beynəlxalq platformalarda işləyərkən təbii ki, bizim tərəfimizdən toplanmış materiallardan, "artsax" ombudusmanı ofisindən, həmçinin beynəlxalq insan hüquqları təşkilatlarının qiymətləndirmələrindən, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarından, Aİ və digər aktorlar daxil, beynəlxalq təşkilatların bəyanatlarından istifadə edəcəyik, hansılar ki, “artsax” xalqının təməl hüquqlarını vurğulayır", - deyə Stepanyan sayıqlayıb.

