Çempion qız çimərlik geyimi ilə diqqətləri özünə çəkdi - FOTOLAR

24 Yanvar 2024 02:40 Hadisə 738
Çempion qız çimərlik geyimi ilə diqqətləri özünə çəkdi - FOTOLAR

Uzunluğa tullanma üzrə idmançı Marina Bex-Romançuk isti fotolar yayımlayıb.

Sportinfo.az xəbər verir ki, şəkillərdə ukraynalı gözəl parlaq çimərlik geyimində görünüb.

Bex-Romançuk üç təkanla tullanma üzrə 2022-ci il Avropa çempionu, uzunluğa tullanma üzrə qapalı məkanda 2021-ci il Avropa çempionu, uzunluğa tullanma üzrə 2019-cu il dünya çempionatının mükafatçısı və Ukraynanın çoxsaylı çempionudur.

2023-cü il mövsümündə Bex-Romançuk cəmi bir qələbə qazanıb. O, Polşada keçirilən Avropa Oyunlarının qalibi olub Ümumilikdə, il ərzində ukraynalı atlet doqquz beynəlxalq mükafata sahib çıxıb.

Ötən ilin oktyabrında Marina 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazanıb.

Ötən şənbə günü Almaniyanın Dortmund şəhərində keçirilən yarışlarda Bekh-Romançuk yeni 2024-cü il mövsümünü açıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"