"İstəyirəm ki, mənə azarkeşlik edəsiz" - 7 aydır klubsuz qalan tanış hücumçu

21 Yanvar 2024 01:10 Hadisə 1 141
"İstəyirəm ki, mənə azarkeşlik edəsiz" - 7 aydır klubsuz qalan tanış hücumçu

"Turan Tovuz"un sabiq futbolçusu Natan Oduvanın yeni komandası müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, ingiltərəli mərkəz hücumçusu karyerasını Cənubi Koreyada davam etdirəcək.

O, bu ölkənin 2-ci liqa təmsilçisi "Çunqbuk Çonju" ilə müqavilə imzalayıb.

2023-cü ilin iyun ayında "Turan Tovuz"la müqaviləsi başa çatdıqdan sonra klubsuz olan 28 yaşlı futbolçu keçidi barədə danışarkən deyib:

"Mənim üçün "Çunqbuk Çonju"nun bir parçası olmaq şərəfdir.

Azarkeşlərə bildirmək istəyirəm ki, tezliklə 90 dəqiqə ərzində öz oyunuma görə mənə azarkeşlik edə etmənizi istərdim. Komandanın uğuru üçün əlimdən gələni edəcəyəm".

"Tottenhem"in (İngiltərə) yetirməsi olan Oduva "Turan Tovuz"la 32 oyun keçirib, 6 qol, 6 qolun isə ötürməsini edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 18:10 Çək və bizə göndər!
23 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Oktyabr 01:50 Kim güldü, kim üzüldü?