“Kocaelispor” Ramili Azərbaycan vətəndaşı kimi sifariş etmədi

19 Yanvar 2024 12:40 Hadisə 1 182
“Kocaelispor” Ramili Azərbaycan vətəndaşı kimi sifariş etmədi

“Kocaelispor” yeni transferi Ramil Şeydayevi Rusiya vətəndaşı kimi sifariş edib.

Sportinfo.az-ın Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan millisinin üzvü ilə bağlı müraciət qəbul olunub.

28 yaşlı hücumçu 2025-ci il iyunun 30-na qədər “Kocaelispor”un oyunçusu kimi qeydiyyata alınıb. Bu isə o deməkdir ki, Şeydayevin TFF I Liqa klubunun heyətində rəsmi matçlarda iştirak etməsində heç bir maneə yoxdur.

“Kocaelispor” I Liqanın XIX turu çərçivəsində yanvarın 20-də Arda Turanın baş məşqçisi olduğu “Eyüpspor”la qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti