Klub prezidenti olan Leyla: "Hər kəs sual verirdi ki..," - FOTOLAR

19 Yanvar 2024 09:00 Hadisə 738
Klub prezidenti olan Leyla: "Hər kəs sual verirdi ki..," - FOTOLAR

Braziliyanın “Palmeyras” klubunun prezidenti Leyla Pereyra qəribə addım atıb.

Sportinfo.az xəbər verir ki, o, təşkil etdiyi mətbuat konfransına yalnız qadın jurnalistləri çağırıb.

Klub rəsmisi addımı bu cür izah edib:

“Dünyada belə şey olmayıb. İlk dəfədir ki, bir mətbuat konfransına ancaq qadın jurnalistlər dəvət alır.

Hər kəs sual verirdi ki, niyə qadınları çağırırsan. Kişilərə deyirəm ki, sakit olun. Buna qəzəblənmək olmaz.

Fikrimcə, qadınlar daha çox futbolun içində olmalıdırlar. Niyə Braziliyada yalnız bir yüksək liqa klubunun prezidenti qadındır?

Biz istədiyimiz yerlərdə ola bilərik və bugünkü görüşün də səbəbi budur”.



Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti