Rusiyalı model və bloqer Svetlana Alekseyevanın Madrid “Real”ının türkiyəli ulduzu Arda Gülərlə videosu gündəm olub.
Sportinfo.az xəbər verir ki, bloqer TikTok sosial şəbəkəsində məşhurlaşan və talışların məşhur zarafatı olan “bir dənə çay verərsən” videosunun səsi ilə paylaşım edib.
Bu görüntü həm Türkiyədə, həm də İspaniyada günün videosuna çevrilib.
Svetlana Alekseyeva futbolçulara yaxınlığı ilə tanınan bloqerdir. Onun instaqramda 2 milyona yaxın izləyicisi var.
S.Alekseyeva həm də Kriştianu onaldo fanatı kimi tanınır. Bloqer portuqaliyalı ulduzun “Əl-Nəsr”dəki bütün matçlarını stadiondan izləyir.
Son günlər bir çox məşhur bloqerlər bu zarafatla video çəkib paylaşırlar.
Videonun orijinalı:

