“Biz əvvəlcə bu problemi aradan qaldırmalı, sonra...”

15 Yanvar 2024 19:00 Hadisə 722
“Biz əvvəlcə bu problemi aradan qaldırmalı, sonra...”

“Hər bir ölkənin öz reallıqları var və futbolu da buna uyğunlaşdırmaq lazımdır”.

Bu fikirlər “Sportinfo”nun təsisçisi İlkin Vaqifoğluna məxsusur.

ATV kanalında yayımlanan “Futbolumuz” verlişinin qonağı olan İ.Vaqifoğlu Qazaxıstan təcrübəsinin ölkəmizdə tətbiqinin mümkünlüyü haqda danışıb.

O bildirib ki, Azərbaycanın öz inkişaf modelini yaratmaq gərəkdir:

“Biz bir neçə il öncəyə kimi İslandiya metodundan danışırdıq. İndi bunu heç yada salan da yoxdur.

Bir inkişaf modeli hansısa ölkədə uğur gətirə bilər, ancaq bu, o demək deyil ki, onu biz tətbiq etsək, burada da faydalı olacaq.

Ölkənin yerləşdiyi ərazi, mentalitet və başqa amillər var ki, mütləq nəzərə alınmalıdır. Dövlətimiz futbola həmişə diqqət və qayğı göstərib.

Bu sahəni həqiqətən inkişaf etdirmək istəyiriksə, iş icraçılarının üzərinə böyük məsuliyyət düşür. 2004-cü ildən bu tərəfə futbola böyük vəsaitlər xərclənib. İstədiyimiz inkişafa nail olmuşuqmu?

Düşünürəm ki, buna aidiyyatlı qurumlar indi cavab verməlidir. Biz əvvəlcə bu problemi aradan qaldırmalı, sonra inkişafın hansısa modeli barədə fikirləşməliyik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti