Xalası oğlu ilə mübahisə edən və öldürülən şəxs idmançı imiş - FOTO

15 Yanvar 2024 20:20 Hadisə 869
Xalası oğlu ilə mübahisə edən və öldürülən şəxs idmançı imiş - FOTO

yanvarın 13-də saat 22 radələrində Bayıl qəsəbəsində 29 yaşlı Etibar Fətəliyev qohumu tərəfindən bıçaqlanaraq öldürülüb.

Sportinfo.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı Yusif İsmayılov Etibarın xalası oğludur.

Qətlə yetirilən gənc isə fitnes üzrə peşəkar idmançı olub.

İlkin məlumatda hadisənin mübahisə zəminində baş verdiyi, xalası oğluna gücünün çatmayacağını görən şəxsin bıçaqla ona zərbələr endirərək qətlə yetirdiyi bildirilir.

Hadisə Səbail rayonu, Salyan şossesi 15 ünvanında baş verib. Xəstəxanaya aparılan Etibar Fətəliyev yolda kəskin qanitirmədən vəfat edib.

Y.İsmayılov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti