Azərbaycanda futbolçular bir-birini yumruqladı, baş məşqçi söydü

13 Yanvar 2024 03:30 Hadisə 939
Azərbaycanda futbolçular bir-birini yumruqladı, baş məşqçi söydü

Azərbaycan çempionatında bir-birinə yumruq vuran futbolçular cəzalandırılıblar.

Sportinfo.az xəbər verir ki, bu, AFFA Region Liqası matçına təsadüf edib.

Belə ki, “Balakən” – “Goranboy Qala” görüşünün 57-ci dəqiqəsində birincilərin oyunçusu Ariz Teymurlu ilə ikincilərin üzvü Xəyal Qasımov əlbəyaxa olduqları üçün AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq diskvalifikasiyaya məruz qalıblar.

Bundan başqa, AFFA U-13 Liqasının EFA ilə görüşündə hakimi təhqir edən “Xəzər Bakı” komandasının baş məşqçisi Cəlal Həsənli 3 oyunluq cəza ilə üzləşib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"