“Benfika“ “Qarabağ”ın rəqibini Portuqaliya Kubokundan uzaqlaşdırdı

11 Yanvar 2024 14:20 Hadisə 628
“Benfika“ “Qarabağ”ın rəqibini Portuqaliya Kubokundan uzaqlaşdırdı

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya Kubokunda mübarizəni dayandırıb.

Sportinfo.az xəbər verir ki, adıçəkilən komanda 1/8 finalda “Benfika”ya məğlub olub.

“Braqa” erkən qolla hesabı açsa da, sonda 2:3 hesabı ilə uduzub. Bu görüşdə 90 dəqiqə meydanda qalan “Braqa”nın yarımmüdafiəçisi Joao Moutinyo karyerasında 1000-ci rəsmi matçını keçirib.

“Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə 22-də evdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"