32 yaşlı futbolçu finalda huşunu itirdi - Həyacan yaradan olayın VİDEOsu

11 Yanvar 2024 01:30 Hadisə 904
32 yaşlı futbolçu finalda huşunu itirdi - Həyacan yaradan olayın VİDEOsu

Qatar Ulduzlar kubokunun final oyununda "Um-Salal"ın futbolçusu Andi Delor huşunu itirib.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı hücumçu "Əl-Ərəbi" ilə oyunun 16-cı dəqiqəsində özündən gedib.

Qarşılaşmanın 6-cı dəqiqəsində hesabı açan fransalı forvard həkimlərin müdaxiləsindən sonra özünə gəlib. Delor fasilədən sonra komandasının ehtiyat oyunçular skamyasında görünüb.

Oyun Andinin komandasının qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın əsas və əlavə vaxtında 4:4 hesabı qeydə alınıb. Penalti zərbələri zaman daha dəqiq olan "Um-Salal" 5:4 hesabı ilə qələbə qazanaraq, Qatar Ulduzlar kubokuna sahib çıxıb.

Delor Fransada "Nim", "Ayaçço", "Mets", "Tur", "Kan", "Tuluza", "Monpelye" və "Nitsa" kimi klublarda çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"