Azərbaycan klubunun sabiq kapitanı indi avtobus sürücüsü işləyir - FOTO

10 Yanvar 2024 20:00 Hadisə 3 983
Azərbaycan klubunun sabiq kapitanı indi avtobus sürücüsü işləyir - FOTO

“Mən artıq məşqçi deyiləm, avtobus sürücüsüyəm”.

Bu sözləri sosial media platformasında vaxtilə futbolçu kimi “Kəpəz”in uğurları üçün tər tökmüş, kapitan sarğısını daşımış, sonradan əsas komandada köməkçi-məşqçi çalışmış Əli İsmayılov yazıb.

42 yaşlı mütəxəssisin narazılığı sabiq futbolçuların işsiz qalması, onların yerini başqalarının tutmasıdır.

İsmayılov dostlarından birinin B lisenziyası alan məşqçiləri təbrik etmək üçün etdiyi paylaşımın şərh bölməsində narazılığını açıq şəkildə bildirib:

“B lisenziyamı atmışam artıq, məndə D kateqoriyasıdır. Əsas ayağına top dəyməyənlər işləməlidir.

Futboldan gələn, “Kəpəz”in formasını geyinib kapitanlığa qədər yüksələn insanlar yox. Yenə də çox sağ ol ki, lisenziya alanları təbrik edirsən”.

Əli İsmayılov “Kəpəz”lə yanaşı “Bakılı”, “Ədliyyə”, “Qəbələ” kimi komandaların formasını geyinib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti