Yarışda ağır qəza baş verdi, idmançının ürəyi dayandı

9 Yanvar 2024 02:30 Hadisə 511
Yarışda ağır qəza baş verdi, idmançının ürəyi dayandı

Seneqalın paytaxtı Dakarda keçirilən ralli yarışlarında xoşagəlməz hadisə baş verib.

Sportinfo.az xəbər verir ki, yarışın ikinci mərhələsində ispaniyalı motosikletçi Karles Falkon qəzaya uğrayıb.

O, qəzaya uğradıqdan sonra ürəyi dayanıb. Hazırda idmançının vəziyyəti ağırdır.

Falkon helikopterlə xəstəxanaya çatdırılıb.

Qısa müddət sonra Dakar yarışının direktoru David Kastera qəza ilə bağlı məlumat verib. Onun sözlərinə görə, həkimlər gəldikdə Falkonun nəbzi olmayıb.

O, uğurla reanimasiya olunsa da, sonrakı müalicə üçün xəstəxanaya aparılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti