İki dəfə dünya çempionu olan futbolçu vəfat etdi - 93 yaşında

7 Yanvar 2024 00:00 Hadisə 679
İki dəfə dünya çempionu olan futbolçu vəfat etdi - 93 yaşında

Braziliyalı futbolçu və məşqçi Mario Zaqallo vəfat edib.

Sportinfo.az xəbər verir ki, 93 yaşlı Zaqallonun vəfat xəbəri barədə onun sosial media hesabında paylaşım edilib.

“Əbədi dünya çempionumuz Mario Xorxe Lobo Zaqallonun vəfatını böyük təəssüf hissi ilə bildiririk. Fədakar ata, mehriban baba, qayğıkeş qayınata, sadiq dost, qalib olan peşəkar və böyük insan”, - deyə paylaşımda bildirilib.

Zaqallo dörd dəfə - iki dəfə futbolçu (1958, 1962), bir dəfə baş məşqçi (1970) və bir dəfə köməkçi məşqçi (1994) kimi dünya kubokunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"