«Hörümçək qız» ləqəbli kikboksçu Tulin Ələkbərova sevgilisi Sübhan tərəfindən döyüldüyünü iddia edir.
Hadisə dekabrın 27-də, yarıtikili binada baş verib.
“Etdiyi xəyanətə dözməyərək ona sillə vurmaq istəyəndə, geri çəkilib mənə təpik atdı.
Qarşılıq verəndə yerə yıxdığı zaman başım betona dəydi, halsız vəziyyətdə yerdə özümü müdafiə etməkdən başqa çarəm yox idi.
Amansızca, ölümünə təpik-yumruqla vurmağa davam edirdi. Başım betona dəyərək partladı”.
O, neçə gündür gündəmdədir. Müxtəlif telekanallarda çıxış edən Ələkbərova MMA döyüşçüsü olan sevgilisinin həbsini istəyib.
Tülün həmçinin Sübhanın anasıyla debata çıxıb. Efirdə qarşılıqlı ittihamlar səsləndirilib.
SPORTİNFO.AZ

