COP29

“Qarabağ”la oyunda baş verənlərə görə şikayətləndi, UEFA rədd etdi

6 Dekabr 2023 01:10 Hadisə 406
“Qarabağ”la oyunda baş verənlərə görə şikayətləndi, UEFA rədd etdi

UEFA Sloveniya klubu “Olimpiya”nın Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirdiyi ilk oyunla bağlı apellyasiya şikayətini cavablandırıb.

Sportinfo.az xəbər verir ki, qitə futbol qurumu sloveniyalıların istəyini rədd edib.

Yəni qurumun Nəzarət, Etika və İntizam Komitəsinin sentyabrın 28-dəki qərarı qüvvədə qalıb.

Həmin vaxt Lyublyanadakı görüşdə meydana əşyaların atılmasına görə ev sahibləri 22 min 625, komandanın düzgün olmayan davranışına görə isə 4500 avro cərimələnmişdi.

Qarşılaşma isə “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Pley-offun Bakıdakı cavab matçında rəqibi ilə bərabərə qalan (1:1) “Qarabağ” qrup mərhələsinə vəsiqə qazanıb.

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!