
Azərbaycanda Media Liqası start götürüb.
“ASCO Arena”da baş tutan görüşdə ölkənin tanınmış simaları futbol matçında üz-üzə gəlib.
Sözügedən stadionda keçirilən oyunu 1132 azarkeş izləyib.
“Həddini Bilbao” ilə “Do Konça FK”nın qarşılaşmasında futbolçular aşağıdakı “11-lik”lər üzrə iki komandaya bölünüb:
Həddini Bilbao: Əli Kərimov, Fərid Ramazanov, Kamran Ağabalayev, Kənan Əhmədov, İlqar Vüqaroğlu, Taleh Yüzbəyov (k), Vaqif Cavadov, İlkin Xəlil, İlqar Qurbanov, Vüqar Nadirov, Rauf Əliyev.
Baş məşqçi: Ələkbər Əliyev.
Ehtiyat oyunçular: Emin Çaqayev, Şamil Rzayev, Emil Musayev, Tamerlan İmanov.
Do Konça FK: Anar Məhərrəmov, Vadim Kotukov, Saşa Yunisoğlu, Alfonso Domingez, Orxan Aslanov, DJ Biko, Ruslan Abışov, Nuqzar Kvirtiya (k), Mahir Şükürov, İbrahim Heydərov, Ally Football.
Baş məşqçi: Arif Əsədov.
Ehtiyat oyunçular: Ruslan Məmmədov, Fuad İsgəndərov, Tural Məmmədli.
Oyuna sürətli başlayan “Do Konça FK” ilk yarım saat ərzində rəqib qapısına 3 dəfə yol tapmaqla gücünü ortaya qoyub.
“Həddini Bilbao” özündən güc taparaq 50-ci dəqiqəyə kimi hesabda tarazlıq yaradıb. Oyunun sonları kifayət qədər maraqlı görüntülərlə yadda qalıb ki, “Həddini Bilbao” hesabda 5:4 önə keçib.
Millimizin sabiq üzvü Saşa Yunisoğlu 84-cü dəqiqədə vurduğu qollar matça 5:5-lik bərabərlik gətirib.
Razılaşmaya əsasən qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. “Do Konça FK” 11 metrlik cərimə zərbələrində dəqiqlik göstərərək 3:1 hesabı ilə qələbə qazanıb.
HƏBİB / SPORTİNFO.AZ