Həbib Mourinyonun məğlubiyyətinə bu cür reaksiya verdi

2 İyun 2023 00:00 Hadisə 624
Həbib Mourinyonun məğlubiyyətinə bu cür reaksiya verdi

Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov “Roma”nın baş məşqçisi Joze Mourinyonun Avropa Liqasının finalında “Sevilya”ya məğlubiyyətini (1:1, penaltilər – 1:4) şərh edib.

Sportinfo.az xəbər verir ki, Nurməhəmmədov sosial şəbəkədəki hesabında portuqaliyalı mütəxəssisin fotosunu paylaşaraq, “O, xüsusidir” yazıb.

“Sevilya” tarixində 7-ci dəfə Avropa Liqasının qalibi olub. Mourinyo isə karyerasında ilk dəfə avrokubokların həlledici qarşılaşmasında yenilib.

Öncədən o, beş final matçının hər birində qələbə qazanmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Mart 02:30 O da danışacaq