Tanınmış reper "Neftçi"nin oyununda oxumaqdan imtina edib, yoxsa..? - FOTO

25 May 2023 16:40 Hadisə 577
Tanınmış reper "Neftçi"nin oyununda oxumaqdan imtina edib, yoxsa..? - FOTO

"Neftçi" və "Qəbələ" arasında iyunun 3-də baş tutacaq Azərbaycan kubokunun final görüşündən əvvəl ölkənin tanınmış sənətçilərindən olan Hiss konsert proqramında iştirak etməlidir.

Həmin gün səhnədə yer alacaq ifaçılardan biri olacaq sevimli müğənninin stadiona toplaşanları əyləndirəcəyinə bağlı xəbər bir müddət öncədən mətbuatda yer alıb.

Görünür, tədbirin təşkilatçısı olan Peşəkar Futbol Liqasının bu planı “suya düşüb” və ya düşəcək.

Hər halda səbəb reper Orxan Zeynallının “instagram” hesabında etdiyi paylaşımdan vəziyyətin bizimkilər üçün ürəkaçan olmadığını anlamaq çətin deyil.

Orxan Hissin adını çəkərək izləyicilərinə çağırış edib:

“3 iyun saat 19:00-da, Heydər Əliyev Mərkəzinin parkında “Red Bull Dance Your Style”da mən də çıxış edəcəm.

Dəyərlimiz Hiss ilə həmin gün üçün xüsusi performans hazırlamışıq. Rəqs meydanında söz demək fərqli olacaq.

Giriş sərbəstdir”.

Final qarşılaşmasının saatı haqda məlumat verilməsə də, oyunun 20:00-da başlayacağı böyük ölçüdə dəqiqləşib. Belədə, Hissin ölkə kubokunun konsert proqramında iştirak edəcəyi inandırıcı görünmür.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti