COP29

"Futbol mənim xəstəliyimdir" - Nazir açıqladı ki…

24 Mart 2023 11:00 Hadisə 1 061
"Futbol mənim xəstəliyimdir" - Nazir açıqladı ki…

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu gün 73 yaşı tamam olur.

2004-cü ildə Rusiyanın xarici siyasətinə rəbərlik edən Lavrova Azərbaycanda münasibət birmənalı deyil.

Onu milli köklərinə görə ermənipərəst hesab edənlər də çoxdur, bacarıqlı diplomat kimi qiymətləndirənlər də.

WhatsApp Image 2023-03-21 at 15.55.04 (1).jpeg (381 KB)

Sergey Lavrov 1950-ci il martın 21-də Tiflis şəhərində andan olub. Lavrov Tiflisdə ermənilərin sıx məskunlaşdığı Avlabari rayonunda doğulub. Onun uşaqlığı isə rayonun Ararat küçəsində keçib. Atasının Tiflis ermənisi olduğu və əsl soyadının Kələntərov (Kələntəryan) olduğu da məlumdur.

Kələntərovlar uzun illər boyu Tiflisdə yaşayıblar. Lavrovun erməni babası uzun illər Tiflis Dumasının deputatı olub. Ailə daxilində rus dilindən geniş istifadə olunduğu üçün Lavrov erməni dilini öyrənə bilməyib. Qeyd etmək lazımdır ki, Lavrovun rus milliyyətindən olan anası o dövrlərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışıb.

Lavrov erməni atasını erkən yaşında itirib. Tezliklə, onun anası Viktor Lavrovla tanış olur və ailə həyatı qurur. Vikor Lavrov 5 yaşlı öğey övladına öz soyadını verir və beləliklə Rusiyanın gələcək 1 nömrəli diplomatı Kələntərov soyadını Lavrovla əvəz edir. “Mənim atam tiflislidir. Qanım doğurdan da erməni qanıdır ” deyə, o illər öncə bildirib.

152949.jpg (20 KB)

Sergey Lavrov 2004-cü il martın 9-dan, yəni 19 ildir ki, XİN-ə rəhbərlik edir. Bu, Rusiyanın müasir tarixində rekord göstəricidir. Lavrov yalnız 29 il - 1957-ci ildən 1985-ci ilə qədər SSRİ xarici işlər naziri olmuş Andrey Qromıkodan geri qalır.

Lavrov həm də dünyanın ən "uzunömürlü” xarici işlər naziri olaraq qalır. 2021-ci ilə qədər Lavrov 150-yə yaxın ölkəyə səfər edib. Eyni zamanda, Sergey Lavrov nazir olduğu müddətdə heç vaxt, Kanadada olmayıb.

2016-cı ildə “Kommersant” qəzeti Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinə Sergey Lavrovun nazir olduğu müddətdə neçə saat uçması ilə bağlı sorğuya cavab alıb. Bildirilib ki, 2004-cü ildən bəri Lavrov təxminən 4284 saat (və ya 178,5 gün) havada olub. Eyni zamanda o, 3.358.363 km məsafə qət edib ki, bu da Yer ətrafında təxminən 83 dəfə fırlanmağa bərabərdir.

EVz7wwzU4AcZg7L.jpg (358 KB)

Sergey Lavrov əvvəl çoxlu siqaret çəkməyi ilə də seçilirdi. Amma son illər siqareti azaldıb, gündə iki-üç ədəd çəkir. Dublindəki restoranların birinqə siqaret yandırmağa cəhd etdiyinə görə onu 3000 avro cərimələmək istəyiblər. Lakin nazir bu pulu ödəməkdən imtina edib.

Sergey Lavrovun çoxlu hobbi var, bu barədə özü də danışıb. Lavrov Rusiyanın ən atletik nazirlərindən biridir. O, 2021-ci ildə etiraf edib: "Futbol mənim xəstəliyimdir. Mən hələ də bazar günləri topla qaçmağa çalışıram".

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Moskva “Spartak”ının azarkeşidir.

O, şeir yazmaqla tanınır. Bir vaxtlar məzunu olduğu universitetinin himninin də Lavrov yazır.

Orxan ƏLİYEV

Digər Xəbərlər
Xəbər Lenti