COP29

"Ona məsləhət gördülər ki..." - Erməni politoloqdan Paşinyanla bağlı ŞOK AÇIQLAMA

20 Mart 2023 13:50 Hadisə 348
"Ona məsləhət gördülər ki..." - Erməni politoloqdan Paşinyanla bağlı ŞOK AÇIQLAMA

“2018-ci ilin yazında Nikol Paşinyanın hakimiyyətə gəldiyi ilk zamanlarda ağıllı adamlar ona iki kresloda oturmağa çalışmamağı məsləhət görürdülər”.

Bu sözləri erməni politoloq Tevos Arşakyan deyib.

Onun fikrincə, Ermənistanın eyni anda həm Qərblə yaxınlaşmaq, həm də mövcud hərbi-siyasi və iqtisadi statusu qorumaq (Rusiya ilə birliyi ehtiva edən KTMT və AİB kimi təşkilatlarda qalmaq - red.) şansı yoxdur.

“Onlar haqlı idilər - tarixdə çox az adam iki kresloda eyni zamanda otura bilib. Təəssüf ki, Ermənistan hökumətinin başçısı faydalı məsləhətlərə qulaq asmadı, həm Rusiya, həm də Qərblə flört etməyə başladı. Nəticədə beynəlxalq ictimaiyyətin gözündə qeyri-ciddi liderə çevrildi”, - deyə Tevos Arşakyan qeyd edib.

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"