“Özünüzü çox şişirtməyin”

8 Fevral 2023 03:00 Hadisə 415
“Özünüzü çox şişirtməyin”

“Özünüzü çox şişirtməyin”.

Bu sözləri jurnalistlərə müsahibəsində Ermənistan parlamentinin spikeri Alen Simonyan müxalifətə ünvanlayıb.

Qeyd edək ki, bu gün Ermənistan parlamentində keçmiş müdafiə naziri, “Ermənistan bloku”nun parlament fraksiyasının rəhbəri Seyran Ohanyanla bağlı dinləmələr keçirilib.

“Bu görüşün qapalı olmasına çox təəssüflənirəm, çünki, həm müharibə zamanı, həm də ondan sonra çox tez-tez qaldırılan suallara çox maraqlı cavablar tapıldı”, deyə - Simonyan bildirib.

Müxalifətin iş üslubuna toxunan MŞ sədri qeyd edib ki, onlar Ermənistanın siyasi müstəvisində öz rollarını həddən artıq şişirdirlər.

“Onların siyasi fəaliyyəti sırf “sərhəddə hücumlar”, Azərbaycnın atdığı addımlarla bağlı gündəm qurmaq üzərində qurulub. Bu adamların hamısı tutulsa belə, Ermənistan heç bir halda əsas gündəmdən və problemlərdən kənara çıxmayacaq. Özlərini çox qiymətləndirməsinlər”, - deyə, o qeyd edib.

Ermənistanın müdafiə naziri “hərbi hissələrin torpaqlarını satan hazırkı müdafiə naziri Suren Papikyana da qarşı hansı səbəbə görə cinayət işinin başlanmadığı” barədə suala qəribə cavab verib.

Onun sözlərinə görə, bu sual yanlış şəxsə ünvanlanıb, çünki parlament spikerinin cinayət işi başlatmağa haqqı yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"