Fərid Qayıbov niyə belə danışdı? - "Nazirimiz çox…" - VİDEO

8 Fevral 2023 02:40 Hadisə 1 015
Fərid Qayıbov niyə belə danışdı? - "Nazirimiz çox…" - VİDEO

Sportinfo.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov İTV-də yayımlanan “Şənbə axşamı” verilişinin qonağı oldu.

Nazir verilişdə səmimi açıqlamaları ilə diqqət çəkdi. Xüsusən, “İndi saqqal çox populyardır.

Bir çox gənclərimiz saqqal saxlayır. Mən də hər zaman bığ saxlamaq istəyirdim, amma yoldaşım icazə vermədi” – deyə açıqlama verməsi sosial şəbəkələrdə qısa zaman ərzində xeyli adam tərəfindən paylaşıldı.

Bundan əvvəl nazir Emin Əmrullayev də bu tip səmimi çıxışları ilə yadda qalıb.

Lakin nazirlərin səmimiyyətinə cəmiyyət tərəfindən münasibət birmənalı deyil, bəziləri nazirlərin bu səmimiyyətini tənqid edir.

Bəs görəsən, Azərbaycan cəmiyyəti necə məmur görmək istəyir?

Mövzu ilə bağlı yenisabah.az-a danışan psixoloq Gülnar Orucova bu gün bir çox ölkələrdə vəzifəli şəxslərin səmimi davranışı ilə yadda qaldığını bildirib:

“Ümumiyyətlə, Emin Əmrullayev nazir olandan sonra fərqli bir stil gətirdi. Onun çox istiqanlı, səmimi olduğunu hər kəs açıq şəkildə gördü. O, insanlarla ünsiyyət qurmağı çox yaxşı bacaran biridir və fikirlərini də konkret, açıq şəkildə ifadə edir. Emin müəllim həqiqətən, çox fərqli insandır.

Burada bir məsələ var, bütün dünyada kifayət qədər vəzifəli şəxslər, məmurlar çox səmimidir, amma bizdə məmurlar hədsiz dərəcədə ciddidir. Bəzən onlar düşünürlər ki, ciddiliyi mütləq qoruyub saxlamaq lazımdır, ciddi olanda cəmiyyətin gözündə fərqli olduqlarını, əzəmətli göründüklərini düşünürlər, lakin bu belə deyil. İnsan nə qədər səmimi olursa, bir o qədər sevilir.

Ukraynanın, digər dövlətlərin rəsmi şəxslərinə baxın, görün nə qədər səmimi, insanlara yaxındırlar, öz hisslərini paylaşmağı bacarırlar. Fərid Qayıbov, Emin Əmrullayev də öz yaşadıqlarını, həyatını danışır, bu bir tərəfdən insanlara maraqlıdır, digər tərəfdən isə kimlərinsə xoşuna gəlməyə bilər. İnsanlar sanki hər zaman vəzifədə olan, irəliyə gedən şəxslərin cüzi bir səhvini axtarır”.

Onun sözlərinə görə, bu gün Azərbaycanda yüksək rütbəli məmurların səmimi çıxışlarını qınayanlar hələ də Sovet təfəkküründən çıxa bilməyən insanlardır.

Məsələyə psixoloji tərəfdən yanaşan Gülnar Orucova bunun həmin dövrdən şüurda qalmış bir davranış olduğunu qeyd edib:

“İnsan səmimi olanda, xoş münasibət göstərəndə bəzən düzgün qəbul edilməyə bilər. Amma bu doğru bir şey deyil, nazirimiz çox səmimi insandır, hisslərini də açıq şəkildə deyib. Burada qeyri-adi bir şey yoxdur.

Ümumiyyətlə, bizim problemimiz bir insanı olduğu kimi qəbul edə bilməməkdir. Biz bir naziri, məmuru, vəzifəli şəxsi səmimiliyi ilə qəbul etməliyik və həmin şəxs o cür yadda qalmalıdır. Biz bunu edə bilmirik, biz onda qüsur axtarmağa çalışırıq. Biz yüksələn, cəmiyyət tərəfindən dəyər verilən insanları gözdən, nüfuzdan salmaq istəyirik, amma düşünmürük ki, həmin insan olduğu yerə çatana qədər nə qədər əziyyət çəkib.

Bunları düşünmədən ön yarğılı oluruq, ancaq o insanı nələrdəsə günahlandırırıq. Kimsə səmimi insandırsa, səmimi çıxışları ilə yadda qalırsa, cəmiyyətin müəyyən Sovet ideologiyasında qalan kütləsi bunu qəbul edə bilmir.

Məsələn, biz o vaxt elə bilirdik ki, müəllim robotdur, o yemək yemir, su içmir. Eləcə də digər vəzifə sahiblərindən o qədər sərtlik görürdük ki, kimsə xoş münasibət göstərəndə ona fərqli yanaşırdıq. Amma indi tamam tərsinədir. Bu gün kimsə bu cür səmimi çıxışları pisləyirsə, bilin ki, onlar sovetlər dönəmində də qalıblar”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"