Millimizin keçmiş oyunçusu “Ulduzlar yığması” ilə matça dəvət aldı

7 Fevral 2023 23:20 Hadisə 436
Millimizin keçmiş oyunçusu “Ulduzlar yığması” ilə matça dəvət aldı

Azərbaycanlı veteran futbolçu Vyaçeslav Lıçkin MDB yığmasının heyətində “Ulduzlar yığması”na qarşı keçiriləcək “Əfsanələr Kuboku-2023” turnirinə dəvət alıb.

Sportinfo.az xəbər verir ki, millinin sabiq yarımmüdafiəçisi ənənəvi olaraq hər il təşkil olunan yarışda Aleksandr Qleb, Erik Yaximoviç, Farhadbek İrismetov, Sarvar Ceparov, Aleksandr Qatskan kimi oyunçularla eyni komandada çıxış edəcək.

Onların rəqibi “Ulduzlar yığması”nda isə Junior Bayano, Edmilson, Georqios Karaqunis, Ruben De La Red, Erik Abidal, Esteban Kambyasso, Cey-Cey Okoça, Floran Maluda kimi öz dövrünün tanınmış simaları yer alıblar.

Qarşılaşma fevralın 12-də Moskvadakı “Meqasport” idman zalında oynanılacaq.

Digər Xəbərlər
Xəbər Lenti