
Zorlama ittihanı ilə həbs edilən Braziliya millisinin futbolçusu Dani Alves daha bir ağır zərbə alıb.
Sportinfo.az xəbər verur ki, həyat yoldaşı Joana Sans ərinin xəyanətini bağışlamayıb.
O, futbolçunu əvvəlcə dəstəkləsə də, sonradan fikrini dəyişib. Buna səbəb məhkəmənin təqdim etdiyi sübutlardır.
Sans 2017-ci ilə evləndiyi Alveslə paylaşdığı fotolarını, hətta toy rəsmlərini belə “instaqram” səhifəsindən silib.
Alvesi zorlamada ittiham edən qız təzminat almaqdan imtina edib. Futbolçunu 4 ildən 12 ilə qədər həbs gözləyir.