Qadına təcavüz etdiyini gizlətmədi - Ayaqyolunda bağlaıb, sonra da...

24 Yanvar 2023 03:00 Hadisə 836
Qadına təcavüz etdiyini gizlətmədi - Ayaqyolunda bağlaıb, sonra da...

Gecə klubunda gənc qadına təcavüz etməkdə günahlandırılan "Barselona"nın keçmiş futbolçusu Dani Alveş növbəti dəfə ifadəsini dəyişib.

Sportinfo.az xəbər verir ki, xanımın şikayəti ilə saxlanılan və daha sonra həbs edilən braziliyalı ilk ifadəsində onu tanımadığını, lakin sübutlar üzə çıxdıqdan sonra ayaqyolunda üz-üzə gəldiklərini deyib.

Təqdim edilən sübutlardan sonra Alveş növbəti dəfə ifadəsini dəyişib.

“Telecinco”nun xəbərinə görə, 39 yaşlı müdafiəçi gənc qadınla birlikdə olduğunu etiraf etsə də, münasibətin onun razılığı əsasında reallaşdığını bildirib.

Alveş iddia edib ki, qadını qorumaq üçün daha əvvəl bu açıqlamanı verməyib.

Gənc xanım isə ifadəsində Dani Alveşin onu ayaqyoluna bağlayaraq cinsi əlaqəyə məcbur etdiyini söyləyib. İstəmədiyi zaman isə braziliyalı futbolçunun əvvəlcə onu vurduğunu, sonra isə zor tətbiq etdiyini bildirib.

Bütün bunlardan sonra Dani vəkilini dəyişmək qərarına gəlib. Futbolçunun keçmiş həyat yoldaşı Dana Dinorah onu müdafiə edərək, "Dani heç vaxt belə bir şey etməz. Mən onu 22 ildir tanıyıram, 10 il isə evli olmuşuq" - deyib.

Hadisəylə bağlı məhkəməyə daha bir fakt təqdim edilib. Dani Alveşin gənc qadınla birlikdə ayaqyolunda qalma müddətinin 15 dəqiqədən çox olduğu məlum olub.

Digər Xəbərlər
Xəbər Lenti