
Braziliya yığmasının hücumçusu Rişarilson “Ronaldo TV”nin qonağı olub.
Sportinfo.az xəbər verir ki, o, “sambaçılar”ın sabiq hücumçusu ilə görüşdə keçmişi xatırlayaraq ağlayıb:
“Bir dəfə səni bir tədbirdə görmüşdüm. Həmin vaxt şəkil çəkdirmək istədim. Amma o qədər adam var idi ki, yaxınlaşa bilmədim. O vaxt çox məyus olmuşdum.
Siz bizim ideallarımız idiniz. Roberto Karlos, Kaka, Kafu, Rivaldoya baxaraq böyüdük. İndi isə səninlə bir yerdə oturmuşam. Bu ağlasığmaz bir şeydir”.
Rişarilson dünya çempionatında 3 qol vurub və uğurlu çıxışı ilə diqqət çəkir.