İran hakimiyyəti millinin futbolçularının ailələrini təhdid etdi - ABŞ-la oyundan əvvəl

29 Noyabr 2022 21:40 Hadisə 573
İran hakimiyyəti millinin futbolçularının ailələrini təhdid etdi - ABŞ-la oyundan əvvəl

Bu gün İran millisi dünya çempionatının üçüncü turu çərçivəsində ABŞ-la qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, iranlı futbolçuların yaxınları ABŞ-la oyunöncəsi yerli hakimiyyət tərəfindən təzyiqlərlə üzləşib.

Belə ki, millinin üzvlərinə yığmanın düşərgəsindən ayrılmaq, əcnəbilərlə görüşmək qadağan olunub.

Əks təqdirdə, milli üzvlərinin yaxınları həbs ediləcək.

CNN müxbiri Sem Kilinin sözlərinə görə, iranlı oyunçular özlərini "düzgün aparmasalar", onların qohumları həbs və işgəncə ilə hədələniblər.

İslam İnqilabı Keşikçilərinin futbolçuları izlədiyi də bildirilib.

​Bu gün keçiriləcək İran – ABŞ matçına saat 23:00-da start veriləcək. Asiya təmsilçisinə qrupdan çıxmaq üçün heç-heçə də sərf edir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu