Ronaldonun Qətərdən ÖZƏL VİDEO görüntüləri "Sportinfo”da!

24 Noyabr 2022 19:00 Hadisə 597
Ronaldonun Qətərdən ÖZƏL VİDEO görüntüləri "Sportinfo”da!

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında iştirakçıların göstərdiyi nəticələr önəm daşısa da, razılaşaq ki, əsas diqqət Lionel Messi, Kriştiano Ronaldo, Kilian Mbappe, Neymar kimi dünya ulduzlarınadır.

Adları çəkilənlərin hər biri oteldə və məşq meydanlarında xüsusi formada qorunur.

Azarkeşlərin və jurnalistlərin ulduzlara yaxınlaşmaq şansı yoxdur.

Portuqaliya millisinin noyabrın 23-dəki açıq məşqi həmkarlarımız üçün əsl bayrama çevrilib.

Qana ilə oyundan bir gün əvvəlki hazırlığın ilk 15 dəqiqəsində media əhlinə çəkiliş aparmaq icazəsi verildiyindən, “Al Shahaniya” məşq mərkəzində qələbəlik müşahidə olunub.

Belə ki, Portuqaliyadan və müxtəlif ölkələrdən 100-dən artıq jurnalist və fotoqraf Ronaldo ilə komanda yoldaşlarını izləyib, milli haqqında reportaj hazırlayıb.

Həmin vaxt “Al Shahaniya”da olan dostlarımızdan biri Kriştianonun məşqdəki video görüntüsünü, eləcə də jurnalistlərin Portuqaliya yığmasına marağın fotolarını çəkərək redaksiyamıza göndərib.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?