Yeni qapıçı transfer etdi - "Qarabağ"la oyundan öncə

30 Sentyabr 2022 09:00 Hadisə 407
Yeni qapıçı transfer etdi -  "Qarabağ"la oyundan öncə

Yunanıstan "Olimpiakos"u "Qarabağ"la Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan öncə yeni qapıçı transfer edib.

Sportinfo.az xəbər verir ki, Pirey təmsilçisi PAOK-un keçmiş qolkiperi Aleksandros Pasxalakisi heyətinə qatıb.

33 yaşlı oyunçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb. Təcrübəli qapıçı Çexiya millisindən zədəli qayıdan Tomaş Vatslikin yerinə alınıb.

Oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti