Rusiyanın səfiri Gorus və Cermuxa gəldi, ermənilər təxribata əl atdı - FOTOLAR

29 Sentyabr 2022 13:50 Hadisə 696
Rusiyanın səfiri Gorus və Cermuxa gəldi, ermənilər təxribata əl atdı - FOTOLAR

Sentyabrın 28-də Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin və səfirliyin hərbi-hava qüvvələri attaşesi V.A. Kosov, həmçinin Ermənistan Respublikası Silahlı Qüvvələrinin və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinim komandanı T.J.Parvanyan ilə birlikdə Cermux və Gorus şəhərlərinə səfər ediblər. Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

Rusiyanın Ermənistandakı səfirliyinin mətbuat xidməti də bu haqda məlumat yayıb.

Diplomatik missiyanın rəhbəri yerlərdə Ermənistan ordu komandanlığının nümayəndələri ilə görüşüb, bu il sentyabrın 13-14-də Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə tanış olub.

Məlumata görə, S.P.Kopirkin, həmçinin Gorusdakı 102-ci Rusiya hərbi bazasının ayrı-ayrı batalyon qrupunun və Qarakilsədəki Rusiya sülhməramlı kontingentinin ayrıca aviasiya qrupunun yerləşdiyi ərazilərə də baş çəkib.

Məhz bu səfərdən sonra Ermənistan ordusunun Kəlbəcər istiqamətində təxribata əl atması diqqət çəkir…

Digər Xəbərlər
Xəbər Lenti