Premyer Liqada növbəti baş məşqçi istefası hansı komandada gözlənilir?

28 Sentyabr 2022 15:00 Hadisə 1 484
Premyer Liqada növbəti baş məşqçi istefası hansı komandada gözlənilir?

«Hər hansı komandanın məşqçisinin istefasını istəməzdim».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Araz-Naxçıvan»ın çalışdırıcısı Azər Bağırov deyib.

I Divizionda çıxış edən Muxtar Respublika təmsilçisinin sükançısı əməkdaşımızın «Sizcə, Premyer Liqada növbəti baş məşqçi istefası hansı komandada gözlənilir» sualını bu cür cavablandırıb:

«Hamı işləyir, çalışır, komandasına xeyir vermək istəyir. Yəni, boş dayanmır.

Bəzən bu nəticə verir, bəzən isə vermir. Fikrimcə, nəticə olmayanda bir qədər səbirli davranmaq lazımdır».

Premyer Liqanın ilk 7 həftəsi iki baş məşqçinin sonunu gətirib. «Kəpəz» Yaşar Vahabzadə, «Sumqayıt» Aleksey Baqa ilə yollarını ayırıb.

Digər Xəbərlər
Xəbər Lenti