“Azərbaycana uduzmaq dəhşətli bir şey deyil, yanan gənci danlamağa gərək yoxdur”

26 Sentyabr 2022 21:20 Hadisə 628
“Azərbaycana  uduzmaq dəhşətli bir şey deyil, yanan gənci danlamağa gərək yoxdur”

Azərbaycan Millətlər Liqasının qrupunda keçirdiyi sonuncu oyunda Qazaxıstanı məğlub etməyi bacardı – 3:0.

Rəqib Bakıya qrup liderliyini təmin edərək gəldiyindən, baş məşqçi əsas heyətin aparıcı üzvlərini ehtiyatda saxlayaraq əsasən gənclərə güvənmişdi.

Qonaqların 36-cı dəqiqədən etibarən azlıqda qalması da sözünü dedi.

İstənilən halda, 5 oyunda məğlub olmayan Qazaxıstan millisinin Bakıda darmadağın olması azərbaycanlılar üçün xoş hadisədir.

Düşünmək olardı ki, biabırçı yenilgidən sonra qazaxıstanlı futbol azarkeşləri üsyan edəcək, 0:3 hesabı ilə uduzan milli üzvlərini “qamçılayacaq”. Amma yox...

Sosial şəbəkələrdə yazılan şərhlərə diqqət yetirək:

“Uşaqlar, məşq necə keçdi?”

“Halal olsun sizə! Ruhdan düşməyin, əsl mübarizə irəlidədir”.

“Bu, çox düzgün qərar idi. Gənclərə şans verdi, onlara özünü göstərmək imkanı yaratdı. Əvvəlki 5 oyunda ölkəni hədəfə çatdıranlar bu dəfə dincəlməliydi”.

“Dəhşətli bir şey deyil. Əsas vəzifə yerinə yetirildi. Qazaxıstan, irəli!”

“Uşaqlar məğlub olsa da, təslim olmadı. Yanan gənci danlamağa gərək yoxdur. Əsas odur meydanda can qoydular”.

“Futbol xarakter və komanda oyunudur. Bir nəfərin yoxluğu çox təsir edir. Hər kəs xarakter sahibi olmağı öyrənməlidir. Yenə də hər şeyə görə təşəkkür!”

“Bu oyunun nəticəsi heç nəyi dəyişmirdi. Nə qrupda nəsə dəyişdi, nə də Azərbaycan nəsə qazandı. Qrupun birincisiyik”.

“0:2 uduzuruq, rəqib qapısına bir zərbə belə yoxdur. Heç olmasa uzaqdan vurun ki, qapıya da olmasa, ağaca, budağa dəysin, rəqib varlığını hiss etsin. Bu oyunu heç bəyənmədim. Amma buna qədərki 5 matça görə afərin sizə. Biz birinciyik”.

Millətlər Liqasının C qrupunun 3-cü qrupunda 6 oyundan yeganə məğlubiyyətini millimizdən alan Qazaxıstan yığması 13 xalla pley-offa yüksəlib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”