“Qarabağ”ın legionerinə buraxılış vərəqəsini kim verib? - FOTOLAR

26 Sentyabr 2022 21:00 Hadisə 2 289
“Qarabağ”ın legionerinə buraxılış vərəqəsini kim verib? - FOTOLAR

Oyun başa çatandan sonra hamı Azərbaycan millisinin Qazaxıstan üzərindəki darmadağının (3:0) xoş təsiri altındaydı.

Həmin an matçı tribunada yanşı izləmiş iki “Qarabağ”lı – Kevin Medina ilə Riçard Almeyda meydana daxil olub Emil Balayevlə birlikdə paltardəyişmə otağına tərəf yollanması diqqətdən yayınmadı.

Riçardın meydanda, ya da soyunub-geyinmə otağında olması qəbahət deyil. Adam yığmanın Azərbaycan pasportuna sahib üzvüdür.

Sadəcə, cəzalı duruma düşdüyünə görə oyunda iştirak etməkdən məhrum idi. Belə hallarda futbolçuya buraxılış vərəqəsi verilir, əynindəki milli forması işə yarayır.

Bəs mülki geyimli Kevin? Onun “Dalğa Arena”nın meydanında və futbolçuların, eləcə də hakimlərin qərarlaşdığı dəhlizdə nə işi vardı? Yaxasından asılıan buraxılış vərəqəsini ona kim və hansı əsasla verib?

Çox güman, vərəqəni ona Riçard verib. Özü millinin idman dəstini geyindiyindən, dəyib-dolaşan olmayacağını bilib və özünə məxsus vərəqəni “Qarabağ”dakı komanda yoldaşına ötürüb. Təbii ki, bu, ehtimaldır.

Gələcəkdə eyni hal “Neftçi”nin, ya da “Sabah”ın futbolçuları ilə bağlı yaşansa, təəccüblənməyə dəyməz.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti