
Sportinfo.az xəbər verir ki, "Kəpəz" Azərbaycan Premyer Liqasında ev oyunlarını Qəbələ şəhər stadionunda keçirəcək.
Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər yayıb.
Bildirilib ki, Gəncə şəhər stadionu çempionat matçlarını keçirməyə hazır olmadığı üçün bölgə klubu növbəti bildirişədək rəqiblərini Qəbələdə qəbul edəcək.
"Kəpəz" bu mövsüm Premyer Liqadakı ilk ev oyununu "Dalğa Arena"da "Zirə"yə qarşı keçirib və 1:2 hesabı ilə uduzub.