Dünya çempionunu gecə klubunda qətlə yetirdilər - SİLAHLI İNSİDENT

9 Avqust 2022 12:20 Hadisə 868
Dünya çempionunu gecə klubunda qətlə yetirdilər - SİLAHLI İNSİDENT

Sportinfo.az xəbər verir ki, Braziliyanın San-Paulu şəhərindəki gecə klublarının birində ciu-citsu üzrə səkkizqat dünya çempionu Leandro Lo qətlə yetirilib.

Şahidlərin sözlərinə görə, dünya çempionunun klubda istirahət edən polis məmuru ilə mübahisəsi düşüb.

Leandro Lo onu bir zərbə ilə yerə sərib. Lakin ayağa qalxan şəxs silahını çıxararaq Lonun başına atəş açıb.

İdmançı xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar