Ukrayna Rusiya ərazisinə ağır zərbələr endirdi - VİDEO

4 İyul 14:10 Hadisə 745
Ukrayna Rusiya ərazisinə ağır zərbələr endirdi - VİDEO

Ukrayna tərəfi “Toçka-U” raketləri ilə Belqorod şəhərinə zərbələr endirib.

bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov məlumat verib.

“Bu gecə, Moskva vaxtı ilə saat 03:00-dan 3:30-a qədər Ukrayna kasetli mərmilərlə birlikdə "Toçka-U" ballistik raketləri və Tu-143 “Reys” PUA-ları ilə Belqorod və Kursk şəhərlərində hərbi obyektlərin olmadığı yaşayış məntəqələrinə qəsdən zərbələr endirib”, - Konaşenkov bildirib.

Onun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə vasitələri “Toçka-U” raketləri havada məhv edilib.

Bununla yanaşı, vurulan raketlərdən birinin qalığı yaşayış evinə düşüb.

Konaşenkov Kursk istiqamətində də 2 ədəd Tu-143 “Reys” PUA-nın vurulduğunu deyib.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov isə bildirib ki, zərbələr nəticəsində 4 nəfər (Rusiya tərəfi ölənlərdən 3-nün Ukrayna vətəndaşı olduğunu iddia edir – red.) ölüb.

11 çoxmərtəbəli yaşayış binasına, 40 şəxsi tikiliyə də ziyan dəyib.

Zərbə anının görüntülərini BURADAN izləyə bilərsiniz.

Digər Xəbərlər
Xəbər Lenti
15 Avqust 16:40 Abunə ol və paylaş!