“Bəs bizim rəhbərlər 30 il nə iş görüb?!” - Ermənilərdən Şuşa videosuna şərh

13 May 2022 19:30 Hadisə 841
“Bəs bizim rəhbərlər 30 il nə iş görüb?!” - Ermənilərdən Şuşa videosuna şərh

“Azadlıq radiosu”nun erməni xidməti öz rəsmi feysbuk hesabında Prezident İlham Əliyevin Şuşaya sonuncu səfərindən video paylaşıb.

Diqqət çəkən məqamlardan biri ermənilərin Azərbaycan Prezidentinin səfərinin görüntülərinə yazdıqları şərhlər olub.

Belə ki, erməni istifadəçilər Şuşanın qısa müddət ərzində bərpa edilməsi ilə bağlı öz heyrətlərini gizlədə bilməyiblər.

İstifadəçilərdən bəziləri işğal dövründə Qarabağda hakimiyyətdə olan separatçı rejimin 30 il ərzində Şuşanı talan etdiyini, dağıtdığını bildiriblər.

Onların sözlərinə görə, işğal dövründə Qarabağ tanınmaz hala düşüb.

“Bəs bizim rəhbərlər 30 il ərzində nə iş görüblər?!”, - deyə digər bir istifadəçi qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?