Sloveniyalı yarımmüdafiəçi transfer etdi - İki illik müqavilə

3 İyul 2025 02:20 Hadisə 1 452
Sloveniyalı yarımmüdafiəçi transfer etdi - İki illik müqavilə

Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Çelye" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Sloveniya təmsilçisi "Nafta 1903"dən ayrılan Darko Hrka ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı sloveniyalı dayaq yarımmüdafiəçisi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

"Sabah" "Çelye" ilə ilk oyunun iyulun 10-da Bakıda keçirəcək. Komandalar arasındakı cavab matçı isə 1 həftə sonra Sloveniyada baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!