Azərbaycan Gorus-Qafan yolunda buraxılış məntəqəsinin inşasını başa çatdırdı

23 Oktyabr 2021 02:50 Hadisə 1 119
Azərbaycan Gorus-Qafan yolunda buraxılış məntəqəsinin inşasını başa çatdırdı

“Azərbaycanlılar Gorus-Qafan yolunda buraxılış məntəqəsinin inşasını başa çatdırıb”.

Sportinfo.az “aysor.am” saytına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gorus merinin müavini Karo Koçaryan deyib.

Onun sözlərinə görə, azərbaycanlıların buraxılış məntəqəsi inşa etdikləri yolun sağında çox sayda İran yük avtomobillərinin toplaşdığını görmək mümkün olub.

K.Koçaryan həmçinin qeyd edib ki, yolun sol hissəsində Azərbaycan tərəfi yanacaqdoldurma stansiyasının inşasını davam etdirir.

“Gorus yolunda hərəkət hər saatda bir həyata keçirilir”, - deyə Gorus merinin müavini qeyd edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 04:40 Azərbaycan qalib oldu