Millimizdən getməyə hazırdır: "Mənə belə bir təklif gəlsə, qəbul edərəm"

13 Oktyabr 2021 23:40 Hadisə 635
Millimizdən getməyə hazırdır: "Mənə belə bir təklif gəlsə, qəbul edərəm"

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Kosovo yığmasının sükanı arxasına keçmək istəyir.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis bu barədə "indeksonline" nəşrinə açıqlamasında deyib.

O, sözügedən kollektivə başçılıq etməyə hazır olduğunu bildirib: "Mənə belə bir təklif gəlsə, qəbul edərəm.

1 aydan sonra AFFA ilə müqaviləm başa çatacaq. Amma Kosovo Futbol Federasiyası ilə danışığım olmayıb. Təkliflərə açığam və bu komandaya rəhbərlik etmək mənim üçün yaxşı olardı".

65 yaşlı mütəxəssis Bernar Şallandın Kosovo yığmasından istefa verməsinə təəssüfləndiyini söyləyib: "Onu yaxşı tanıyıram. Amma məşqçi işi belədir".

Qeyd edək ki, Şalland 2022-ci il dünya çempionatının seçmə mərhələsindəki uğursuz nəticələrdən sonra istefaya göndərilib.

B qrupunda yer alan və keçirdiyi son iki oyunda Gürcüstana 1:2, İsveçə isə 0:3 hesabı ilə uduzan Kosovo 4 xalla sonuncu sırada qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?