Sevgilisinin FOTOsunu paylaşdı, yenidən gündəm yaratdı

24 İyul 03:00 Hadisə 1 067
Sevgilisinin FOTOsunu paylaşdı, yenidən gündəm yaratdı

Fransa millisinin hücumçusu Kilian Mbappenin ispaniyalı aktrisa Ester Eksposito ilə münasibəti sosial şəbəkələrdə yenidən gündəm olub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük daha öncə bir neçə dəfə birlikdə görüntülənsələr də, münasibətləri ilə bağlı açıqlama verməyərək bunu ictimaiyyətdən gizli saxlayıb.

Məlumata görə, fransalı hücumçu yanlışlıqla Ekspositonun otel otağında çəkilmiş fotosunu instaqram hekayəsində paylaşıb. Paylaşım qısa müddət sonra silinsə də, sosial şəbəkələrdə yayılıb.

Həmçinin cütlüyün dünya çempionatının final oyununu Mayami sahillərində lüks yaxtada birlikdə izlədiyi qeyd olunub.

Bildirilib ki, 2026-cı il dünya çempionatından sonra Mayamidə istirahət edən Mbappe və Eksposito yenidən birlikdə restoran və gecə klubunda görüntüləniblər.

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM