"Azərbaycanla oyunda qollar vurdum, məni "Mançester Yunayted"ə aldılar"

31 İyul 2021 22:40 Hadisə 1 295
"Azərbaycanla oyunda qollar vurdum, məni "Mançester Yunayted"ə aldılar"

"Mançester Yunayted"in baş məşqçisi Ule-Qunnar Şulşer futbolçu olduğu dönəmdə "qırmızı şeytanlar"a transferi haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, 48 yaşlı mütəxəssis müsahibəsində 1996-cı ildə Norveç "Molde"sində çıxış etdiyini xatırladıb.

O, İngiltərə təmsilçisinə keçidinin həmin il Norveç yığmasının heyətində Azərbaycan millisinə qarşı keçirdiyi oyundan sonra gerçəkləşdiyini bildirib:

"Həmin matçda iki baxımlı qol vurdum. Biri çox gözəl idi. "Mançester Yunayted"in köməkçi-məşqçisi Cimmi Rayan həmin oyunda tribunada əyləşmişdi.

O, Ronni Yonseni izləyirdi. Həmin andan sonra Rayan düşünməyə başladı. Hadisələr həmin gün baş verdi".

Norveç 1996-cı il iyunun 2-də dünya çempionatının seçmə oyununda Azərbaycan yığmasına 5:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!